İran Ermənistanda dron zavodu açır? – Tehran yenə Bakıya qarşı

2022-09-14 11:29:00

İran Ermənistanda dron zavodu açır? – Tehran yenə Bakıya qarşı

“Ermənistan texnologiyalar və innovasiyalar sahəsində də İranla tam iş birliyindədir”.

Hurriyyet.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. Onun sözlərinə görə, İran bu ölkədə bir neçə texnoloji mərkəzlər açıb:

“Ötən ay İranda Rusiya, Belarus, həm də Ermənistanın iştirakı ilə dron üzrə hərbi təlimlər, yarışlar keçirilib. Cari ilin may ayında isə İran Tacikistanda hərbi dronlar istehsal edən müəssisənin açılışını edib. Digər tərəfdən, dünən Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərkən yeni hərbi texnikaların alınmasından danışıb. İstisna etmirəm ki, İran da Rusiyanın etdiyi kimi pulsuz və güzəştli silah və hərbi texnikanı , hərbi texnologiyaları Ermənistana verməkdə maraqlıdır. Qafanda konsulluq açan İran, İrəvanda dron zavodu açmaqdan da çəkinməz”.

Ekspert bildirib ki, son zamanlar hər iki ölkə arasındakı texnoloji iş birlikləri güclənir və bu, onu deməyə əsas verir ki, Ermənistan öz ərazisində silah, xüsusən dron istehsalında İran texnologiyalarından istifadəyə ciddi maraq göstərir:

“İkinci Qarabağ savaşı zamanı İran ərazisindən Ermənistana silah daşınmasını əks etdirən videomateriallar yayılmışdı. Rusiya da İran üzərindən Ermənistana silah göndərirdi. İndiki durumda İranın tələm-tələsik "qırmızı xətt" açıqlaması verməsindən görünür ki, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi və sərhədləri möhkəmləndirməsi onları qane etmir”.

Qeyd edək ki, ötən gün İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Tehranın Azərbaycan və Ermənistan arasında gərginlikdən narahat olduğunu deyərək “sərhədlərin dəyişdirilməsinin əleyhinə olduqlarını” bildirib.

Sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062134