Saat:19:35
Haqqımızda

İran-Ermənistan Birgə Sənaye Şəhərciyinin salınması ilə bağlı anlaşma əldə edib

2022-05-20 14:19:00

 İran-Ermənistan Birgə Sənaye Şəhərciyinin salınması ilə bağlı anlaşma əldə edib

İran-Ermənistan əlaqələri genişlənir: İki ölkə arasında sənaye şəhərciyi fəaliyyətə başlayacaq
"TejaratNews" saytının məlumatına görə, 2021-ci ilin yayında İran-Ermənistan Birgə Sənaye Şəhərciyinin salınması ilə bağlı iki ölkə arasında anlaşma əldə edilib. Razılaşmaya əsasən, bu şəhərcik daha çox kiçik və orta miqyaslı sənayenin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcək.

Anlaşmaya habelə ikitərəfli əməkdaşlığın inkişafı, bütün maraqlı tərəflərə müvafiq ticarət imkanlarının təklif edilməsi, investisiya mühitinin yaxşılaşdırılması və tərəflər arasında daha güclü ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün icra mexanizminin yaradılması daxildir.
İran və Ermənistan arasında son illərdəki ticarət əlaqələrinin həcmi 500 milyon dollar olduğu halda, bu anlaşma iki ölkə arasındakı əlaqələrin həcminin 1.200 milyard dollara qədər artırılması üçün fürsət yaradır.
İran-Ermənistan Birgə Ticarət Palatasının sədri bu barədə deyib: "Yaxın vaxtlarda sözügedən sənaye şəhərciyinin fəaliyyətə başlaması ilə bağlı İran Sənaye Şəhərcikləri Birliyinin sədri Əli Rəsulian ilə söhbətimiz oldu. O bildirdi ki, bu günədək İran-Ermənistan sənaye şəhərciyinin yaradılmasına nail olmayıblar. Səbəbi isə budur ki, görünür, bunun üçün parlamentin qərarı tələb olunur".
Xatırladaq ki, son illərdə İran hakimiyyəti faşist ermənilərlə hərtərəfli əlaqələrin inkişaf etdirilməsi üçün necə deyərlər dəridən-qabıqdan çıxır. İran rejimi Qarabağın işğalı dövründə olduğu kimi, indi də məğlub və iqtisadiyyatı çökmüş, ölkədə siyasi sabitliyin olmadığı Ermənistanın bir dövlət kimi ayaqda qalmasını təmin etmək üçün demək olar ki, hər ay yeni anlaşmalara imza atır və "erməni qardaşları" ilə işbirliyinə gedir.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR