İran-Ermənistan: Abdullahiyan ilə Mirzoyan görüşüblər, Laçın yolundan danışıblar

2023-02-27 23:09:00

İran-Ermənistan: Abdullahiyan ilə Mirzoyan görüşüblər, Laçın yolundan danışıblar

Hurriyyet.az “Yerevan Today” nəşrinə istinadla xəbər verir ki, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan fevralın 27-də Cenevrədə iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə görüşüb. Bu barədə məlumatı Ermənistan XİN mətbuat xidməti yayıb.

Tərəflər ikitərəfli və çoxtərəfli formatdakı bir sıra məsələləri müzakirə ediblər. Həmkarlar İranla Ermənistan arasındakı siyasi dialoqun yüksək səviyyədə olduğunu məmnuniyyətlə qeyd ediblər. Eergetika, nəqliyyat, infrastruktur və digər məsələlərdə qarşılıqlı marağa əsaslanan əməkdaşlığın  gələcək inkişafı müzakirə edilib.

Görüşdə suveren Azərbaycan ərazisindəki Laçın yolundan da danışılıb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.246654