İran dövlət mediası: "Əxlaq polisi" ləğv edilməyib

2022-12-05 10:18:00

İran dövlət mediası:

Xəbər verdiyimiz kimi, İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri tənqid hədəfinə çevrilən “əxlaq polisi” bölməsinin ləğv edildiyini açıqlayıb.

Hurriyyet.az “TRT”yə istinadla xəbər verir ki, İranın dövlət mediası daxili işlər nazirliyinin “əxlaq polisi”nə nəzarət etdiyini bildirərək, bu ittihamları təkzib edib.

Digər tərəfdən, İran Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr bölməsindən “əxlaq polisi”nin ləğv edilib-edilmədiyi soruşulub. Bölmədən verilən açıqlamada belə bir qərarın onlara çatdırılmadığı bildirilib.

Polis İdarəsi isə hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, İran Polis İdarəsinin nəzdində yaradılan irşad patrulları (əxlaq polisi) ilk dəfə 2006-cı ildə fəaliyyətə başlayıb. İlkin olaraq geyimi qaydalara "uyğun olmayan" qadınlara xəbərdarlıq edən bölmə daha sonra sözügedən qadınları saxlamağa başlayıb.

22 yaşlı Məhsa Əmininin sentyabrın 13-də Tehranda “əxlaq polisi” tərəfindən saxlanıldıqdan 3 gün sonra vəfat etməsi hökumətə qarşı etirazlara və iğtişaşlara səbəb olub. Hələ də davam edən etirazlarda indiyə qədər 400-dən çox insanın öldüyü bildirilir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.241888