İran diplomatı israillilərin Qrenlandiyaya köçürülməsini istəyir

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampa Qəzza sektorunun sakinlərini ərəb ölkələrinə göndərmək əvəzinə israilliləri Qrenlandiya adasına göndərməyi təklif edib. Əraqçi "Skay Nyus" kanalına müsahibəsində Trampın anklav sakinlərini köçürməsi ehtimalı barəsinəki sözlərini şərh edərkən deyib: "Mənim başqa bir təklifim var. Qoy fələstinlilərin yerinə israilliləri köçürməyə çalışsınlar, onları Qrenlandiyaya aparsınlar. Bununla da bir güllə ilə iki dovşan vurmuş olacaqlar".
Tramp anvarın 25-də jurnalistlərlə görüşü zamanı Qəzza bölgəsində bombardmanlar nəticəsində evini itirmiş sakinlərin ərəb ölkələrinə köçürülməsini mümkün hesab etdiyini söyləmişdi. Onun sözlərinə görə, 1,5 milyona yaxın sakini Qəzza sektorundan köçürmək lazımdır. O, bu məsələni artıq İordaniya kralı II Abdulla ilə müzakirə etdiyini də demişdi.
Hürr Tərcüman
