Saat:18:27
Haqqımızda

"İran dindən istifadə edərək ölkəmizə qarşı terror siyasəti həyata keçirir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-03-29 11:08:00

"İran ölkəmizdə məscidlərdən siyasi-ideloji və kəşfiyyat mərkəzi kimi istifadə edib"

ran kəşfiyyat və ideoloji olaraq ölkəmizdə beşinci kolon formalaşdırıb. Məzhəb adı altında formalaşan bu qrup ölkəmizin müstəqilliyinə və təhlükəsizliyinə təhdiddir". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri bildirib ki, İran rejimi uzun illər ölkəmizdə məscidlərdən siyasi-ideloji və kəşfiyyat mərkəzi kimi istifadə edib: "Deputat Fazil Mustafaya qarşı sui-qəsd Tehranda səfirliyimizə qarşı təşkil edilən terror hücumunun davamıdır. Ölkə daxilində kifayət qədər güclü İran şəbəkəsi formalaşdırılıb. Bütün yerlərdə İrana rəğbət və ideoloji təsir dairəsində olan şəxslər var. Bunun səbəbi uzun illər İranın ölkəmizdə Mədəniyyət Mərkəzinin rəhbəri maskasında Ocaq Nicatın fəaliyyətinə imkan yaradılmasıdır və bir çox ibadət yerlərində İranın ideoloji kəşfiyyat şəbəkəsinə bağlı şəxslərin qalması təhlükənin davam etdiyini göstərir".

Milli Cəbhə Partiyasının sədr müavini əlavə edib ki, İran dindən istifadə edərək ölkəmizə və xalqımıza qarşı terror siyasəti həyata keçirir: "Təəssüf ki, bu illər ərzində bu təhlükə zərərləşdirilmədi. Bütün vətəndaşlarımız bilməlidir ki, İran rejimi dini rejim deyil, bu, dindən istifadə edən terrorçu bir rejimdir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR