İran da Türkiyə-Suriya-Rusiya danışıqlarına qoşulmağa hazırlaşır

2023-02-10 10:20:00

İran da Türkiyə-Suriya-Rusiya danışıqlarına qoşulmağa hazırlaşır

Hurriyyet.az xəbər verir ki, İran Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşdırılması ilə bağlı Rusiyanın vasitəçilik eləyəcəyi üçtərəfli danışıqlarda iştirak edəcək. Bu barədə açıqlamanı İranın Rusiyadakı səfiri Kazım Cəlali verib. Səfir İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahiyanın martın axırına qədər Moskvaya səfər edəcəyini də deyib.

Xatırladaq ki, 2022-ci ilin sonunda Moskvada RF, Türkiyə və Suriyanın müdafiə nazirlərinin iştirakı ilə üçtərəfli görüş keçirilmişdi. RF XİN rəhbəri Sergey Lavrov İran təmsilçilərinin də tezliklə danışıqlara qoşula biləcəyini xəbər vermişdi.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.161919