İran Çini dəstəklədi, ABŞ-ı qınadı

2022-08-02 22:02:00

İran Çini dəstəklədi, ABŞ-ı qınadı

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İran XİN-in rəsmi təmsilçisi Naser Kanaani Çafi ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərini pisləyib. O, Pelosinin bu addımını “Çinin ərazi bütövlüyünü pozulması” kimi qiymətləndirib.

İranın Xarici İşlər Nazirliyinin “Teleqram” kanalında dərc edilmiş açıqlamada deyilir: “Çinin daxili işlərinə qarışması və bu ölkənin ərazi bütövlüyünün pozulması ilə əlaqədar ABŞ-ın vəzifəli şəxslərinin davranışının yaratdığı gərginlik Amerikanın dünyanın müxtəlif ölkələrinə və regionlarına müdaxiləsinə nümunədir. Bu müdaxilə nəticəsində qeyri-sabitlik və münaqişələr getdikcə artır. Bu səbəbdən Pelosinin Tayvana səfəri pislənir”.

 

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.054288