İran Cənubi Qafqazda uduzur?

2022-09-23 12:21:00

İran Cənubi Qafqazda uduzur?

Mərkəzi Asiya və Qafqaz üzrə baş analitik və “Şəhid Beheşti” Universitetinin siyasi coğrafiya üzrə professoru Əlirza Mehrabi “İran diplomatiyası” saytına müsahibəsində İranın Qafqazda uduzmaqda olduğunu deyib. Müsahibədə belə deyilir:
“Tehranın Qarabağla bağlı ən yaxşı siyasəti beynəlxalq təşkilatların cəlb olunmasını vurğulayan fəal neytrallıqdır.
Nəzərə alsaq ki, Azərbaycan və Ermənistan ilə həmsərhəd olması sayəsində yaranan geosiyasi şərait, eləcə də bu iki ölkəyə bitişik bəzi vilayətlərdə etnik və dini oxşarlıq elədir ki, İran İslam Respublikasının açıq-aşkar Azərbaycan və ya Ermənistanın tərəfini saxlaması ölkəyə baha başa gələr ki, bunun da zərəri şübhəsiz ki, onun mənfəətlərindən daha çoxdur.
Ona görə də İranın siyasi, diplomatik, hərbi, təhlükəsizlik, sosial və xüsusilə iqtisadi imkanları indiki şəraitdə o qədər də güclü olmadığından Tehran uzunmüddətli perspektivdə Qarabağ münaqişəsində tərəflərdən birinin yanında olmaq strategiyasını davam etdirə və irəli apara bilməz”.

Ülviyyə, Hurriyyet.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060893