İran bu ölkələrlə birlikdə “İsrailə qarşı vahid cəbhə” yaratmağa hazırlaşır

2023-04-10 12:32:00

İran bu ölkələrlə birlikdə “İsrailə qarşı vahid cəbhə” yaratmağa hazırlaşır

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi Suriya Prezidenti Bəşər Əsəd və Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ilə telefon danışıqları aparıb. Əsas mövzu İsrailin Fələstinə qarşı apardığı siyasət olub.

Rəisi həmkarlarına “İsrailə qarşı vahid cəbhə yaratmağın zəruri olduğunu” bildirib və Suriya ilə Əlcəzairi “Fələstin xalqını ədalətsizlikdən azad etmək üçün birləşməyə” çağırıb.

İran Prezidentinin mətbuat xidmətinin açıqlamasında deyilir: “Əsəd ilə Rəisi bildiriblər ki, bu hücumlar İsrailin təcavüzkar siyasətini əks etdirir və onun Suriyada dinc vətəndaşlara qarşı təcavüzü ilə bir sırada durur”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.191274