Saat:22:08
Haqqımızda

İran “böyük səhvə” görə cəzalandırılacaq - Netanyahu

2024-10-02 15:43:03

İran “böyük səhvə” görə cəzalandırılacaq - Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə axşamı günü axşam saatlarında İsrailə kütləvi ballistik raket hücumu həyata keçirən İranın “böyük səhv etdiyini” və hərəkətlərinə görə cəzalandırılacağını bildirib.

Hurriyyet.az xəbər verir ki, o, bu barədə oktyabrın 1-də raket hücumlarından qısa müddət sonra Nazirlər Kabinetinin Təhlükəsizlik üzrə iclasında bildirib.

O, İrandakı rejimin İsrailin özünü müdafiə etmək və düşmənçilik hərəkətlərinə cavab vermək əzmini anlamadığını vurğulayıb.

“Tehran rejimi də yəqin ki, bunu tam başa düşmür, amma başa düşəcəklər. “Bizə hücum edənə hücum ediləcək” prinsipi ilə hərəkət edəcəyik. Bu, harada olmasından asılı olmayaraq – İordan çayının qərb sahilində, Qəzza zolağında, Livanda, Yəməndə, Suriyada və ya İranın özündə İsraili təhdid edən hər kəsə aiddir”- deyə Netanyahu bildirib

O, həmçinin dünya dövlətlərini İrana qarşı birləşməyə çağıraraq, onu qaranlıq rejimli ölkə adlandırıb.

Netanyahu istibdad və azadlıq arasında mübarizənin getdikcə aydınlaşdığını qeyd edərək, beynəlxalq ictimaiyyəti İsrailin tərəfinə keçməyə çağırıb.

Gununsesi.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.165209