Saat:00:08
Haqqımızda

İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandırdı

2025-11-20 17:46:31

İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandırdı

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, İran Beynəxalq Atom Enerjisi Agentliyi ilə imzalanmış və Agentliklə əməkdaşlığın bərpasını nəzərdə tutan Qahirə Sazişini ləğv etdiyini rəsmi şəkildə elan edib.
"Tasnim" agentliyinin məlumatına görə, Böyük Britaniya, Fransa, Almaniya və ABŞ tərəfindən Beynəxalq Atom Enerjisi Agentliyi Direktorlar Şurasına İrana qarşı qətnamə layihəsinin təqdim edilməsindən sonra İranın xarici işlər naziri Abbas Əraqçi açıqlama verib.
Əraqçi Erakçi qətnamə layihəsini təqdim edən ölkələrin "İranın xoşməramlılığını nəzərə almadığını, Beynəlxalq Atom Enerjisi Agentliyinin etibarlılığını və müstəqilliyini sarsıtdığını və Agentlik ilə İran arasında qarşılıqlı əlaqə və əməkdaşlıq prosesini pozduğunu" bildirib. Nazir Böyük Britaniya, Fransa və Almaniyanın avqust ayında Tehrana BMT sanksiyaları tətbiq edən prosesi başlatmasından sonra Qahisə müqaviləsinin artıq qüvvədə olmadığını bildirib. Əraqçi deyib: "Bu gün Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoruna (Rafael Mariano Qrossi) göndərilən rəsmi məktubda bu müqavilənin artıq qüvvədə olmadığı və ləğv edildiyi bəyan edilib".
Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyi  ilə İran 9 sentyabrda, Qahirədə  İsrail və ABŞ-ın hücumlarından sonra dayandırdığı yoxlamaları bərpa etmək üçün razılığa gəlmişdilər.
Hürr Tərcüman