Saat:04:16
Haqqımızda

İran bazalarına hücum edənlər öldürülüblər

2024-04-04 15:36:19

İran bazalarına hücum edənlər öldürülüblər

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK - SEPAH) əməkdaşları qurumun Sistan və Belucistan vilayətindəki obyektlərinə hücum edən 15 nəfəri öldürüblər. Bu barədə məlumatı EFE agentliyi verib. 
Agentliyin məlumatına görə, toqquşma zamanı 3 nəfər polis əməkdaşı və 2 nəfər İİKK hərbçisi həlak olub.
Xəbər verdiyimiz kimi, dünən axşam silahlı şəxslər İİKK-nin Sistan və Belucistan vilayətinin Rask və Çabahar şəhərlərindəki obyektlərinə hücumlar ediblər. 
Agentliyin məlumatına görə, hücum edənlər Çabaharda girovlar ələ keçiriblər. Bir neçə saatlıq döyüşdən sonra girovların hamısını azad eləmək mümkün olub. 
İranın daxili işlər nazirinin müavini Məcid Mirəhmədi hücuma görə məsuliyyətin İranda terror təşkilatı hesan edilən "Ceyş əl Ədl" qruplaşmasının üzərinə düşdüyünü bəyan edib.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.322704