İran barıt çəlləyinin üstündə oturub

2022-05-06 14:40:00

İran barıt çəlləyinin üstündə oturub

İran rəsmiləri Rusiyanın Ukraynaya hərbi tacavüzündən sonra neftin qiymətinin bahalaşmasına arxalanaraq, Vyana müzakirələrinin nəticə əldə etməsinə tələsmir. Bu barədə "Reuters" yazır. Xəbər agentliyi yazır ki, neftin qiymətinin bahalaşması İrana yeni nəfəs almaq imkanı yaradıb.
Adının açıqlanmasını istəməyən İranın yüksək vəzifəliəli rəsmilərindən biri "Reuters"ə açıqlamasında deyib ki, İranın atom proqramı uğurla irəliləyir və zaman İranın xeyrinə işləyir. O, habelə qeyd edib ki, Vyana danışıqlarının uğursuz olması dünyanın sonu demək deyil.
“Reuters” habelə qeyd edir ki, hazırda İran hakimiyyəti olduqca güzəştli şərtlərlə gündəlik 1,5 milyon barel neft ixrac edir və bu ölkənin əsas neft satdığı ölkə Çindir. Hazırda dünya bazarında brend markalı neftin qiymətinin 139 dollar olmasına baxmayaraq, İran rejimi builki dövlət büdcəsində neftin qiymətini 70 dollar müəyyən edib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya