Saat:14:46
Haqqımızda

İran ballistik raket sınağı keçirib

2024-02-13 11:02:36

İran ballistik raket sınağı keçirib

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İranın Hərbi Dəniz Qüvvələrinin uzaqmənzilli ballistik raketi uğurla sınaqdan keçirdiyi bildirilir. Bu məlumatı İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanı Hüseyn Səlami verib.
"Fars" agentliyinin məlumatına görə, Səlami deyib: "İİKK-nin Hərbi Dəzin Qüvvələri bir neçə yeni nailiyyətə imza atıblar. Onlardan biri İranın Hərbi Kosmik Qüvvələri ilə birlikdə hərbi gəmidən uzaq mənzilli ballistik raket atışının uğurla nəticələnməsi olub.  Bunun sayəsində hərbi-dəniz qüvvələri istənilən nöqtədən uzaqdakı hədəfləri vura bilər".
O, çox sayda qanadlı və ballistik raketlər, silahlı dronlar vasitəsilə ölkəyə təhdidləri dəf edə biləcəklərini bəyan edib.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR