İran Bakı-Naxçıvan yolunu bağlayıb?

2022-12-20 19:11:00

İran Bakı-Naxçıvan yolunu bağlayıb?

Bir sıra erməni KİV-də İranın artıq bir neçə gündür ki, İran ərazisindən keçən Bakı-Naxçıvan magistral yolunu bağladığı ilə bağlı iddialar yayılıb.

Məsələ ilə bağlı "Trend” dövlət qurumları ilə əlaqə saxlayıb. Məlum olub ki, erməni KİV-də yayılan bu məlumatlar həqiqəti əks etdirmir.

Hazırda Naxçıvandan Bakıya və eləcə də əks istiqamətdə İran ərazisindən keçməklə yüklərin daşınması prosesi davam edir.

Qeyd edək ki, azərbaycanlı fəalların Laçın yolunda etiraz aksiyasına başlamasından sonra erməni sosial şəbəkə hesabları və KİV tirajladıqları yalan xəbərlərin sayını daha da artırıb. Ermənilər müxtəlif vaxtlar bu tipli feyk xəbərlər yaymaq həm daxili auditoriyanı, həm də beynəlxalq ictimaiyyəti yanıltmağa çalışırlar.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı ekofəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandan Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin monitorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.149860