Saat:00:57
Haqqımızda

İran Azərbaycanla əməkdaşlığın genişlənməsini alqışlayır

2022-05-20 15:24:00

İran Azərbaycanla əməkdaşlığın genişlənməsini alqışlayır

İran prezidenti Seyid İbrahim Rəisi cümə axşamı günü Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə deyib: "İran İslam Respublikası Azərbaycanla iqtisadi, siyasi, mədəni və ticarət sahələrində əməkdaşlığın səviyyəsinin yüksəlməsini alqışlayır".
“president.ir” saytı xəbər verir ki, o habelə bildirib: “Tehran-Bakı razılaşmalarının müxtəlif sahələrdə, o cümlədən iqtisadi və tranzit sahələrində tam şəkildə yerinə yetirilməsi Azərbaycan tərəfindən əməli addımların atılmasını tələb edir.
“Qonşu dövlətlər, xüsusilə İran və Azərbaycan arasında qarşılıqlı maraqlara əsaslanan konstruktiv münasibətlərin mövcudluğu bölgədə təhlükəsizliyin qorunub saxlanması və möhkəmlənməsində ən təsirli amildir”, deyə İbrahim Rəisi əlavə edib.
İki ölkə arasındakı tarixi əlaqələrə toxunan İranın hökumət başçısı qeyd edib: “İran və Azərbaycan qonşuluqdan öncə, eyni dini, mədəniyyəti bölüşür və qohumluq əlaqələri var. Heç bir faktorun iki ölkə arasındakı səmimi münasibətlərə xələl gətirməsinə yol verilməməlidir”.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR