İran Azərbaycana qarşı ənənəvi şər-böhtan ritorikasında: İranlı ekspertdən Azərbaycana qarşı daha bir böhtan

2022-08-04 16:18:00

İran Azərbaycana qarşı ənənəvi şər-böhtan ritorikasında: İranlı ekspertdən Azərbaycana qarşı daha bir böhtan

İranlı ekspertdən Azərbaycana qarşı daha bir böhtan ortaya atılıb. Belə ki, daim anti-Azərbaycan açıqlamaları ilə seçilən iranlı "siyasi şərhçi" Salar Seyfəddini həmişə olduğu kimi, yenə Azərbaycan əleyhinə fikirlər səsləndirib.
Belə ki, Azərbaycan Ordusunun Qarabağda Ermənistan qüvvələrinin təxribatlarına cavab olaraq başlatdığı anti-terror əməliyyatlarına öz “Tvitter” hesabında münasibət bildirən Seyfəddini iddia edib: 
“Bu gün və sonrakı günlərdə Qarabağda (Laçın) baş verən toqquşmaların məqsədi Ermənistana “Naxçıvan dəhlizi” adlanan ərazini açmaq üçün təzyiq göstərməkdir. Bu da İranla Ermənistan arasında sərhədin bağlanmasına bərabər ola bilər”.
O, guya eyni zamanda ölkədə şiə dindarlara qarşı daxili basqıların yönəldiyi və hücumların vaxtının İranda dini qeyri-rəsmi iş günlərinə təsadüf etdiyi kimi əsassız fikirlər irəli sürüb. 

Ülviyyə,Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.051161