"İran Azərbaycana müharibə elan edib" - ZAUR MƏMMƏDOV

2023-01-27 16:01:00

"Elə bu saatdan başlayaraq Azərbaycanın aidiyyatı qurumları İranın ölkəmizdəki qulaqlarının dərslərini verəcəklər"

"İran polisi yalan məlumat yayaraq guya hadisəni törədənin 2 uşaqla səfirliyə gəldiyini bəyan edib. Kadrlarda polisin yalan dediyi məlum olur". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.

Politoloq hesab edir ki, əgər Yasin Hüseynzadənin arxasında İranın xüsusi xidmət orqanları olmasaydı, o zaman polis tərəfindən belə gülünc versiya səsləndirilməzdi: "Kor kor, gör gör. İran Azərbaycana müharibə elan edib. Elə bu saatdan başlayaraq Azərbaycanın aidiyyatı qurumları İranın ölkəmizdəki qulaqlarının dərslərini verəcəklər. Cənubi azərbaycanlıların reaksiyaları da maraqlıdır. Hadisə bir daha göstərir ki, Tehran Bakını özünə düşmən elan edib".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.131956