İran Azərbaycana hücum edə bilər? - İsrailli ekspert

2022-11-17 16:48:00

İran Azərbaycana hücum edə bilər? - İsrailli ekspert

İsrailli ekspert Raz Simt "Oriental Express" analitik nəşrinə açıqlamasında İrandakı vəziyyəti dəyərləndirib.

Hurriyyet.az Bakupost.az-a istinadən xəbər verir ki, İran üzrə ixtisaslaşan ekspert hələlik rejim üçün təhlükə olmadığını bildirib:

"Çünki İslam İnqilabı Keşikçiləri Korpusu da daxil olmaqla, hələlik güc strukturlarında parçalanma yoxdur. Ticarətçilər və neftçilərin ayrı-ayrı tətilləri keçirilsə də, geniş sosial təbəqə hələ də etirazlara qoşulmayıb".

Onun sözlərinə görə, İran rejimi etirazları boğmaq gücündə deyil:

"İrandakı hazırkı etirazlar uzun müddət davam edə bilər".

İsrailli ekspert İranın antiazərbaycan isteriyasının isə bu ölkənin Qafqazdakı vəziyyətlə bağlı qorxusundan irəli gəldiyini deyib:

"Lakin iki ölkə arasında real toqquşma ehtimalı azdır".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.115229