İran Azərbaycan yük maşınlarının ölkəyə daxil olmasının qarşısını alır – YÜZLƏRLƏ TIR GÜNLƏRDİR SƏRHƏDDƏ NÖVBƏ GÖZLƏYİR / Video

İranın rəsmi qurumları Naxçıvandan gələn TIR-ların Biləsuvar sərhəd-keçid məntəqəsindən Azərbaycan ərazisinə daxil olmasının qarşısını məqsədli şəkildə alırlar.
Hurriyyet.az TIR sürücülərinə istinadən xəbər verir ki, təxminən 5-6 gündür onlara süni şəkildə problem yaradılır.
Hazırda İran tərəfdə - Biləsuvarda yerləşən TIR parkında Azərbaycana məxsus 200-dən çox yük maşınının növbə gözlədiyini bildirən sürücülər deyir ki, onlara məlum olmayan səbəbdən günlərdir sərhədi keçmələrinin qarşısı alınır.
Məlumata əsasən, Azərbaycan TIR-larından fərqli olaraq Rusiyaya məxsus yük maşınları 300 dollar rüsum müqabilində sərhədi rahatlıqla keçə bilirlər.
Bu səbəbdən, sürücülər istisna etmir ki, onların sərhədi keçməsinə məqsədli şəkildə əngəl törədilir. Onlar Azərbaycanın rəsmi qurumlarına müraciət edərək, problemin həllinə dəstək olmalarını xahiş edirlər.
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya