"İran-Azərbaycan əlaqələrinə üçüncü tərəflər..." - Vəhidi

2022-09-02 14:48:00

"Hər iki tərəf üçüncü qüvvələrin iki ölkə arasında yaxşı münasibətlərə müdaxilə etməməli olduğunu vurğulayıb". 

Hurriyyet.az xəbər verir ki, bunu İranın daxili işlər naziri Əhməd Vəhidi Tehranda Azərbaycanın Baş prokuroru ilə görüşdə deyib. 

İki ölkənin yaxşı və strateji əlaqələri olduğunu və yaxşı gələcəyi olacağını bildirən Vəhidi İran və Azərbaycan arasında çoxlu ortaq məsələlərin gündəlikdə durduğunu da qeyd edib:

“Görüşdə həm də icra və əməliyyat məsələləri müzakirəyə çıxarılıb və narkotik maddələrlə bağlı məsələlərin əlaqələndirilməsi və Azərbaycana səfər edən İran vətəndaşlarının qarşılaşdıqları problemlər nəzərdən keçirilib”,- deyə o bildirib. 

Onun sözlərinə görə, qaldırılan digər məsələlər arasında məhbusların mübadiləsi üzrə tərəflər arasında əməkdaşlıq, habelə tərəflər arasında əlaqələrin genişləndirilməsinə kömək edə biləcək digər müxtəlif məsələlər də razılaşdırılıb.

Sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058723