İran Amerikanı təhdid etdi - "Bir telefon zəngi yetər"
2025-06-21 10:46:48

Hurriyyet.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonun İsrailin hücumlarına qoşulub Tehranı hədəfə alacağı təqdirdə cavab addımı olaraq, İranın ABŞ-nin Yaxın Şərqdəki hərbçilərinə hücum etməyə hazır olduğunu söyləyib.
Nazir "NBC News" telekanalına müsahibəsində deyib: "Müharibə zamanı hər iki tərəf bir-birinə hücuma edir. Bu tamamilə aydındır. Özünümüdafiə - hər bir ölkənin qanuni hüququdur".
Əraqçinin fikrincə, ABŞ Prezidenti Donald Tramp istədiyi zaman bir telefon danışığı ilə İsraili İrana hücumları dayandırmağa inandıra bilər: "Vaşinqtondan Tel-Əvivə bir telefon zəngi lazımdır ki, bütün bunlara son qoyulsun".
Hürr Tərcüman
