İran Amerikanı ittiham etdi, danışıqlar üçün şərtini bəyan etdi
2025-06-20 12:32:56

Hurriyyet.az xəbər verir ki, İran ABŞ-ni İsrailin İrana hücumunda iştirak etməkdə ittiham edib.
İranın xarici işlər naziri Abbas Əraqçi İran dövlət televiziyasındakı çıxışı zamanı Birləşmiş Ştatların İsrailin İrana hücumlarında ştirak etdiyini bəyan edib.
Nazir deyib: "Biz amerikalıları sionist rejimin İrana qarşı təcavüzününün iştirakçısı və tərəfdaşı hesab edirik".
Əraqçi İsrailin İrana hücumlarının davam etdiyi müddətdə Tehranın danışıqlarda iştirak etməyəcəyini qeyd edib.
Hürr Tərcüman
