İran Amerikadan kompensasiya tələb edir
2025-06-25 12:15:27

Hurriyyet.az xəbər verir ki, İran Amerikadan kompensasiya tələb etdiyini bəyan edib.
İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə Birləşmiş Ştatların İran ərazisinə vurduğu zərbələr nəticəsində ölkəyə dəyən zərbələrə görə kompensasiya verməli olduğunu bildirib.
"Mehr" agentliyinin məlumatına görə, Xətibzadə deyib: "Vaşinqton İran obyektlərinə vurduğu zərbənin əvəzini ödəməlidir".
O, Tehranın baş verən hadisələrlə bağlı Birləşmiş Millətlər Təşkilatına şikayət etməyə hazırlaşdığını bildirib.
Hürr Tərcüman
