İran ali lideri vəfat etdi? – Səfirlikdən açıqlama

2022-09-12 11:34:00

İran ali lideri vəfat etdi? – Səfirlikdən açıqlama

İki gündür sosial şəbəkələrdə İranın Ali dini lideri Əli Xameneinin ağır xəstə olması, buna görə ali şuranın toplantısının təxirə salınması barədə məlumatlar yayılır. Şərqi Azərbaycan vilayətinin Mütəxəssislər Məclisindəki nümayəndəsi Haşim Həşimzadə Hərisi “Amerikanın səsi”nə açıqlamasında iclasın Əli Xameneini “narahat etməmək üçün” təxirə salındığını təsdiqləyib. Bu isə müxtəlif iddiaların daha da genişlənməsinə səbəb olub.

Xameneinin vəziyyətinin son dərəcə kritik olduğu, hətta vəfat etdiyi, buna görə də onun oğlu Müctəbanın İranın Ali rəhbəri vəzifəsinə hazırlandığı haqqında xəbərlər yayılmaqdadır.

Məsələ ilə bağlı İran səfirliyindən verilən açıqlamada yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.

“Bizdə olan məlumata görə, Xamenei vəfat etməyib. Ağa sağ-salamatdır və heç bir problemi yoxdur. O öz işinin başındadır”, - deyə bildirilib.

axar.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062544