Saat:06:12
Haqqımızda

İran agentinin BUYNUZU OLUR?: "İran və namus eynidir" - Bunun cəzası YÜNGÜL OLDU AXI...

2022-06-30 10:03:00

İran agentinin BUYNUZU OLUR?:

Xəbər verdiyimiz kimi, Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə şagirdlərə İranın ali dini lideri Xameneyiyə həsr olunan mahnı oxudulması görüntüləri araşdırılıb.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb:

“Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib".

Hurriyyet.az cebhe.info-ya istinadla xəbər verir ki, təhsil eksperti Kamran Əsədov sözügedən videodakı müəllimlə bağlı paylaşım edib:

“Qaydalarda yazılır ki, müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Müəllim özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir”.

O, sözügedən müəllimin sosial şəbəkə profilini də yayıb. Məlum olub ki, bu müəllim Nailə Bayevadır. O, sosial şəbəkə hesabında İranın ali dini lideri Seyid Əli Xameneyiyə rəğbətini əks etdirən foto yerləşdirib. “Kimin üçün namus vacidirsə, onlar üçün İran da vacib olmalıdır”,-yazıb.

Yazıb ki, Daha sonra paylaşımında Regional Təhsil İdarəsinə çağırıldığını bilirib və “Salam, Fərmaneh” yazıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR