İran ABŞ ilə danışıqlara başlamaq niyyətindədir
2024-09-23 16:51:47
Hurriyyet.az xəbər verir ki, İran nüvə məsələsi ilə əlaqədar ABŞ ilə danışıqlara yenidən başlamaq istəyir.
BMT-nin Baş Assambleyasında iştirak eləmək üçün Nyu-Yorka səfər zamanı Prezident Məsud Pezeşkianın başçılır elədiyi İran nümayəndə heyəti nüvə müqaviləsi ilə bağlı danışıqların yeni məhrələsinin başlanmasına nail olmağa çalışacaq.
Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi "Teleqram" kanalında məlumat verib. Araqçi Pezeşkian ABŞ-ı tərk edəndən sonra da əlavə bir neçə gün Nyu-Yorkda qalacağını, həmin dövrdə başqa ölkələrdə olan həmkarları ilə görüşəcərək bu məsələni müzakirə edəcəyini bildirib.
Hürr Tərcüman