İran ABŞ-a təzminat cəzası kəsdi: “İŞİD təşkilatını onlar qurublar”

2023-04-26 14:02:00

İran ABŞ-a təzminat cəzası kəsdi: “İŞİD təşkilatını onlar qurublar”

Hurriyyet.az “Akşam” nəşrinə istinadla xəbər verir ki, İranda bir məhkəmə ABŞ hökumətini və keçmiş prezidentlərdən Corc Buş və Barak Obamanın da aralarında olmaqla bir sıra şəxslərə qarşı 313 milyon dollara yaxın təzminat cəzası verilməsi qərarını verib.

“Anadolu Agentliyi”nin verdiyi xəbərə görə, Tehran Məhkəməsi İŞİD terror təşkilatının 2017-ci ildə Tehranda törətdiyi terror aktları zamanı həlak olanların ailələri tərəfindən ABŞ hökumətinə və səlahiyyətli şəxslərinə qarşı qaldırılan iddia ilə bağlı qərarını açıqlayıb.

ABŞ hökuməti, ABŞ-ın eks prezidentləri Barak Obama ilə Corc Buş, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ - CIA), Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM), keçmiş CENTCOM komandanı Tommi Franks, Maliyyə Nazirliyi, “Lockheed Martin” “American Airways Group” əleyhinə açılan məhkəmə işində ABŞ-ın səlahiyyətli orqanları və şəxsləri “İŞİR terror təşkilatı da daxil olmaqla, terror təşkilatlarının qurulmasında və idarəsində əsas rola sahib olmaqda” ittiham ediliblər.

2017-ci il iyunun 7-də İranda parlamentə və inqilabın lideri Ayətullah Xomeyninin türbəsinə silahlı hücumlar zamanı 12 nəfər həlak olmuş, 43 nəfər yaralanmışdı. Terror aktına görə məsuliyyəti İŞİD təşkilatı öz üzərinə götümüşdü.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.192483