Saat:15:06
Haqqımızda

İran ABŞ-a nüvə danışıqları üçün şərt qoydu: Sanksiyaları qaldırın

2021-11-30 16:17:00

İran ABŞ-a nüvə danışıqları üçün şərt qoydu: Sanksiyaları qaldırın

Vyanada İranla nüvə sazişi adlanan Birgə Hərtərəfli Fəaliyyət Planının 7-ci raundu 29 noyabr 2021-ci ildə başladı. Görüşdən əvvəl gözlənildiyi kimi İran ABŞ-ın ona tətbiq etdiyi ən azı 1733 sanksiyanın ləğvi məsələsini qaldırdı.

Tehranın fikrincə, əgər onun tələbi yerinə yetirilməzsə, nüvə sazişi üçün imkan pəncərəsi həmişəlik açıq qalmayacaq ki, İran da bundan faydalanacaq.
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi isə öz növbəsində BBC-yə deyib ki, İran nüvə proqramının həyata keçirilməsini sürətləndirərkən Vyana danışıqlarını gecikdirərsə, ABŞ ona təzyiq etmək məcburiyyətində qalacaq. "Eyni zamanda, ABŞ işin bura gəlməyəcəyinə ümid edir", deyə o əlavə edib.
Hazırda belə görünür ki, bu danışıqlarda nailiyyət müvəqqəti nüvə sazişi ilə mümkün olacaq və ABŞ-ın sanksiyaların bir hissəsini ləğv etməsi müqabilində Tehran uranın 20% yaxud daha çox zənginləşdirilməsini dayandıracaq.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR