Saat:03:45
Haqqımızda

İran 5 aprel görüşünə niyə etiraz etmir? – “Bunları Azərbaycan etsəydi, Tehranın bağırtısı aləmi götürmüşdü”

2024-04-02 22:41:18

İran 5 aprel görüşünə niyə etiraz etmir? – “Bunları Azərbaycan etsəydi, Tehranın bağırtısı aləmi götürmüşdü”

“Tehran Ermənistanın Baş naziri Nikol Paşinyanın 5 apreldə Brüsseldə ABŞ və Avropa İttifaqı rəsmiləri ilə görüşündən narahatlığını bildirmir, İran Xarici İşlər Nazirliyinin də bu barədə açıqlaması yoxdur”.

Hurriyyet.Az xəbər verir ki, bunları politoloq Elxan Şahinoğlu deyib.

“Axı Tehran hər zaman bəyan edir ki, bölgənin problemləri ilə bölgə ölkələri məşğul olmalıdır, kənar dövlətlərin müdaxiləsi yolverilməzdir”, - o əlavə edib.

Politoloq vurğulayıb ki, əgər Paşinyan Tehranın təbirincə desək, kənar oyunçuları – ABŞ və Fransanı bölgədə yerləşdirməkdə qərarlıdırsa, məntiqlə İranın hakimiyyət strukturları buna etiraz etməlidirlər. “Tehrandan isə səs çıxmır, əksinə Fransanın İrəvandakı səfiri bəyan edib ki, Ermənistan məsələsində Parislə Tehran eyni mövqedən çıxış edirlər. Bu o deməkdirmi ki, Tehran Fransa kimi ABŞ-nin də Ermənistanda möhkəmlənməsinə etiraz etmir? Bu artıq Tehranın baş düşmənlərindən biri olan ABŞ-nin Ermənistan üzərindən İranla sərhəddə yaxınlaşması deməkdir. Bütün bunları Azərbaycan etsəydi, Tehranın bağırtısı aləmi götürmüşdü”, - təhlilçi qeyd edib.

E.Şahinoğlunun sözlərinə görə, görünür, Ermənistanın poliqona çevrilməsi Tehranın maraqlarına cavab verir: “Ermənistan keçmiş illərdə yalnız bir ölkə - Rusiyadan asılı idisə, hazırda İrəvanın qulluq etdiyi ölkələrin siyahısı artıb, burada İran da var, ABŞ, Avropa İttifaqı və Fransa da. Belə çıxır ki, Nikol Paşinyan ölkəsiylə bağlı qərar verməsi üçün bu ölkələrin tamamının rəyini nəzərə almalıdır. Bu isə praktik olaraq mümkün deyil, çünki bır sıra hallarda böyük oyunçuların maraqları kəsişir”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.219701