İran 2026-cı il Dünya Kubokunun püşkatmasında iştirak etməyəcək - Səbəb
Hurriyyet.az xəbər verir ki, İran futbolunun rəhbərliyi viza məhdudiyyətləri səbəbindən ABŞ-də keçiriləcək 2026-cı il Dünya Kuboku finalının püşkatmasında iştirak etməkdən imtina edib.
İran futbolunun nümayəndələri 2026-cı il Dünya Kuboku finalının püşkatmasında iştirak etməyəcəklər. İslam Respublikasının futbol rəsmiləri Vaşinqtonun İran Futbol Federasiyasının (FFIR) bir neçə nümayəndəsinə tətbiq etdiyi viza məhdudiyyətlərinə etiraz ediblər.
İran Futbol Federasiyasının üzvü Mehdi Ələvi deyib: "Amerika tərəfinin idmana yaraşmayan davranışı səbəbindən İran nümayəndə heyəti 5 dekabrda keçiriləcək püşkatma mərasimində iştirak etməmək qərarına gəlib".
ABŞ hakimiyyətinin İran Futbol Federasiyasının rəhbəri Mehdi Taca viza vermədiyi bildirilir.
Qeyd etmək lazımdır ki, İran milli futbol komandası yeddinci dəfə Dünya Kuboku finalına vəsiqə qazanıb. İran milli komandası hələ Dünya Kubokunun pley-off mərhələsində oynamasa da, Asiyanın ən güclü komandalarından biri hesab olunur.
Hürr Tərcüman
