Saat:08:53
Haqqımızda

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlığı dayandırır

2025-07-02 12:31:10

İran  Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlığı dayandırır

Hurriyyet.az xəbər verir ki, İran İslam Resbublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlığının dayandırılması barəsində qanun qüvvəyə minib. Qanun İran parlamenti və İran Konstitusiyası Keşikçiləri Şurası tərəfindən təsdiqlənib, ölkə Prezidenti Məsud Pezeşkian tərəfindən imzalanıb.
Ötən həftə Tehran İran ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında münasibətlərin yeni forma alacağını bəyan etmişdi. İranın xarici işlər naziri Abbas Araqçi qurumun rəhbəri Rafael Qrossinin zədələnmiş nüvə obyektlərinə baxış keçirməyə icazə verilməyəcəyini bildirmişdi. Yeni qanuna görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin İranın nüvə obyektlərinə buraxılması üçün İranın Milli Təhlükəsizlik Ali Şurasının icazə verməsi lazımdır.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.265652