İrakli Qaribaşvili Gürcüstanın rəsmən Ukraynanın tərəfini tutduğunu açıqladı: “Biz Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzünü pisləyirik"

2022-05-05 17:11:00

İrakli Qaribaşvili Gürcüstanın rəsmən Ukraynanın tərəfini tutduğunu açıqladı: “Biz Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzünü pisləyirik

“Biz Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzünü pisləyirik, bu, beynəlxalq hüququn, qanunvericiliyin və BMT Nizamnaməsinin açıq və kobud şəkildə pozulmasıdır”. Bu sözləri Gürcüstanın baş naziri İrakli Qaribaşvili Polşada keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.
İrakli Qaribaşvilinin qeyd edib ki, Ukraynadakı müharibə regionda ciddi humanitar böhrana səbəb olub və Gürcüstan hökuməti ölkədəki ukraynalılara kömək edir. Onun sözlərinə görə, Gürcüstan hökuməti Ukrayna xalqı ilə tam həmrəydir.
“Biz ölkəyə kömək etmək üçün resurslarımızı səfərbər edirik. Biz beynəlxalq ictimaiyyətlə tam həmrəyik və həm çoxtərəfli, həm də ikitərəfli formatda Ukraynaya siyasi və humanitar dəstəyi davam etdirəcəyik. Gürcüstan bu məqsədlə artıq 7 milyon dollar ayırıb və müharibədən sonra Gürcüstanda yaşayan 28 minə yaxın Ukrayna vətəndaşına yardımı davam etdirəcək. Ukraynaya quru və hava nəqliyyatı ilə 5 tondan çox yardım göndərilib.
Mənim hökumətim ölkədəki ukraynalılara pulsuz mənzil, tibbi xidmət, məktəblər və uşaq bağçaları daxil olmaqla kömək edir. 2022-ci ilin sonuna qədər əlavə 7 milyon dollarla qardaş insanlara kömək etməyə davam edəcəyik.
Vətəndaşlarımız və ictimai təşkilatlarımız Ukrayna vətəndaşlarına mənzil və digər məsələlərdə köməklik göstərirlər. “Ukrayna Post”unun yazdığına görə, Gürcüstan humanitar yardımın həcminə görə 190 ölkə arasında birinci yerdədir və qeyd etmək istərdim ki, Ukraynaya yardım üçün beynəlxalq ictimaiyyətin birliyi təcili və təsirli addımların atılmasını tələb edir.
Bir daha Ukraynaya və Ukrayna xalqına sülh və firavanlıq arzulayıram”, deyə İrakli Qaribaşvili bildirib.
Xatırladaq ki, Polşada “Ukrayna naminə” beynəlxalq yüksək səviyyəli donor konfransı keçirilir. Konfransda Polşanın Baş naziri Mateuş Moravetski, Ukrayna Prezidenti Vladimir Zelenski, Avropa Komissiyasının sədri Ursula fon der Leyen çıxış ediblər.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya