İrakli Kobaxidze: "Saakaşvili ilə hər şey çox gözəl olacaq-onu həbsxana gözləyir"

2021-09-14 15:29:00

İrakli Kobaxidze:

"Əgər Saakaşvili Gürcüstana gəlsə, o sərhəddən birbaşa cəzaçəkmə müəssisəsinə göndəriləcək, hər şey çox gözəl olacaq", deyə "Gürcü arzusu" partiyasının sədri İrakli KobaxidzeSaakaşvilinin "mümkün qayıdışı" ilə bağlı bildirib.

Onun sözlərinə görə, Mixail Saakaşvili tərəfdarlarına illərlə Gürcüstana gələcəyinə söz verib, lakin dəfələrlə insanları məyus edib. Hakimiyyətin Saakaşviliyə qarşı güc tətbiq edib-etməyəcəyi ilə bağlı suala 40 min adam onu ​​müdafiə edəcəyini nəzərə alaraq, Kobaxidze güc tətbiq etməyəcəyini söylədi.
"Güc tətbiq etmək, hansısa cinayətkarı həbs etmək üçün hüquq-mühafizə orqanlarına lazım olan metoddur. Siz hansı 40 min adamdan bəhs edirsiniz ki, aksiya keçirmək lazım olanda 5 min belə adam toplaya bilmədilər. Bizim güc tətbiq etməyə ehtiyacımız yoxdur, hər şey çox gözəl olacaq. Saakaşvili sərhəddən dərhal həbsxanaya göndəriləcək, hər şey çox gözəl sonuclanacaq", deyə İrakli Kobaxidze sözlərini yekunlaşdırıb.

Üıviyyə Şükürova

Hurriyyet.az