İrakli Kobaxidze: "Saakaşvili Gürcüstana gəlməyə qorxur"
2021-09-16 17:27:00
"Sizə söz verirəm ki, Saakaşvili 2 oktyabra qədər Gürcüstana gəlməyə cəsarət etməyəcək, buna risk etməyəcək" deyə "Gürcü arzusu" partiyasının sədri İrakli Kobaxidze bəyan edib. Onun sözlərinə görə, Saakaşvili 2-ci yerdə qərar tutmuş partiyanın lideridir. "Saakaşvili təəssüf ki, 2-ci yerdə olan partiyanın lideridir. O Gürcüstana gələcəyini elan etdi, amma mən sizi əmin edirəm ki, o 2 oktyabra qədər gəlməyə cürət etməyəcək. O bunu deməyə qorxur,buna görə onun anonsunun əhəmiyyəti yoxdur", İrakli Kobaxidze deyir.
Ülviyyə, Hurriyyet.az