Saat:19:14
Haqqımızda

İradə Axundova ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunur – ABŞ mediası

2024-05-14 14:16:14

İradə Axundova ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunur – ABŞ mediası

Xəbər verdiyimiz kimi, ABŞ Ədliyyə Nazirliyi Texas ştatından olan demokrat konqresmen Henri Kuellara və onun həyat yoldaşı İmelda Kuellara qarşı ABŞ Konqresində Azərbaycanın maraqlarının lobbiçiliyi ilə bağlı rüşvət ittihamı irəli sürüb.

Hurriyyet.az xəbər verir ki, konqresmen və həyat yoldaşı barəsində başladılan cinayət işində tanınmış azərbaycanlı diaspor təmsilçisi İradə Axundovanın da adı keçir.

ABŞ mətbuatı yazır ki, İradə Axundova mayın 1-də Azərbaycan hökumətinin agenti və dövlət neft şirkətinin agenti kimi qanunsuz fəaliyyət göstərməkdə təqsirli bilinib. Bildirilir ki, bu, Xarici Agentlərin Qeydiyyatı Aktının pozulması deməkdir. Mətbuat yazır ki, Axundova ötən ay da ittiham olunan konqresmenin həyat yoldaşı İmelda Kuellara 60 min dollar ödənilməsinə kömək etdiyini etiraf edib.

Məlumat üçün bildirək ki, İradə İbrahim qızı Axundova 6 fevral 1956-cı ildə Bakı şəhərində dünyaya gəlib. İradə Axundova 1993-cü ildə həyat yoldaşının işi ilə əlaqədar İspaniyanın Madrid şəhərinə köçüb və 1995-ci ilədək orada, sonra isə iki il Səudiyyə Ərəbistanında yaşayıb. O və həyat yoldaşı 1997-ci ildən ABŞ-nin Texas ştatının Hyuston şəhərində məskunlaşıblar.

İradə Axundova 2000-ci ildən 1976-cı ildə təsis olunan “Hyuston - Bakı Qardaşlaşmış Şəhərlər Asossasiyası”na rəhbərlik edir. İradə Axundovanın təşəbbüsü ilə 2015-ci ildə “Azərbaycan Mərkəzi” adlı ikinci bir təşkilat yaradılıb.

yeniavaz.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.159323