Saat:21:36
Haqqımızda

İqtisadçı: Vergidən yayınan böyük ticarət mərkəzləri var

2021-07-21 21:28:00

İqtisadçı: Vergidən yayınan böyük ticarət mərkəzləri var

Yetərincə böyük dövriyyəsi olan ticarət mərkəzlərində hələ də nağdsız hesablaşmalar aparılır. Məsələn, ölkədə hamının tanıdığı “Binə”, “Sədərək”, “Dərnəgül” və digər iri ticarət mərkəzlərində bütün hesablaşmalar bu gün də nağd şəkildə aparılır.

Hurriyyet.org bildirir ki, bunu Bakupost.az -a iqtisadçı ekspert, sabiq maliyyə naziri Fikrət Yusifov deyib.

Bu məsələni çox ciddi problem hesab edən iqtisadçı şübhə etmir ki, belə bir vəziyyət vergidən yayınmalar üçün münbit şərait yaradır.

Onun qənaətincə, ölkə miqyasında hesablaşmalarda sivil sistemin tam qurulub başa çatdırılması uzun prosesdir. Keçmişdən qalmış, bir çox iş adamlarının sərfəli, həm də rahat hesab etdikləri ödəniş qaydalarından birdən-birə imtina etmək bir o qədər də asan deyil:

“Bugün bəzi ticarət obyektlərində post-terminallar işləmir və ya onların bəzilərində köhnə kassa-nəzarət aparatları işləyir. Bu kassalardan verilən çeklər ƏDV-ni geri qaytarmaq üçün tələb olunan formada olmur. Əgər ticarət müəssisəsi alıcıya çek vermirsə, deməli o, dövriyyəsini gizlətməklə vergidən yayınmağa çalışır. Buna görə də vətəndaşlar öz haqlarını tələb etməyi bacarmalıdırlar”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR