Saat:18:53
Haqqımızda

İqtisadçı ekspertdən MEDİAYA İRAD

2024-05-22 14:20:30

İqtisadçı ekspertdən MEDİAYA İRAD

Eldəniz Əmirov: "Təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri artıq yekunlaşıb və yenilikdən sonra Abşeron Logistika Mərkəzindən 20 konteynerdən ibarət ilk yük qatarı Gürcüstan istiqamətinə yola salınıb"

"Bakı–Tiflis–Qars (BTQ) dəmir yolu xətti ilə yük daşımalarına başlanılıb" kimi yazı başlıqlarının verilməsi doğru deyil. Çünki bu xətlə artıq 7-ci ildir ki, yük daşınır. Əsası 2005-ci ildə qoyulan bu BTQ 30 oktyabr 2017-ci ildə cənab Prezident tərəfindən açılış edilərək istismara verilib. Sadəcə, BTQ üzərində genişləndirmə və təkmilləşdirmə işlərinin aparılması davamlı olaraq həyata keçirilməkdədir". Hurriyyet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib.

İqtisadçı ekspert bildirib ki, bu dəfə isə bu işlər xəttin Gürcüstandan keçən 184 kilometrlik hissəsində aparılıb: "Yəni, təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri artıq yekunlaşıb və yenilikdən sonra Abşeron Logistika Mərkəzindən 20 konteynerdən ibarət ilk yük qatarı Gürcüstan istiqamətinə yola salınıb. Hədəflər isə çox böyükdür. Hər il 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az