Saat:04:34
Haqqımızda

İqtisadçı ekspertdən AYNA-ya cavab: - "DOLAYIBLAR BİZİ, AĞLIMIZLA, MƏNTİQİMİZLƏ OYNAYIRLAR"

2024-03-28 11:48:24

İqtisadçı ekspertdən AYNA-ya cavab: -

Natiq Cəfərli: "Ay müəllimlər, deyin görək sizin günlük-aylıq yığdığınız pul nə qədərdir, günlük-aylıq xərciniz nəmənədir?!"

"Tənqidlərimizə cavab olaraq AYNA məlumat yayıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qurumun balansında olan yeraltı parklanma məntəqələrində ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir. "AYNA-nın balansında olan yeraltı parklanma məntəqələrində yeni aylıq tariflərə əsasən qiymətlər bir gün üçün 1 manat 66 qəpik - 4 manat 66 qəpik arasında dəyişir. Hətta ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir. Hökumət evi, Qış parkı və Mərkəzi parkda yeraltı parklanma məntəqələri üzrə parklanmalarda qiymət artımına səbəb parklanma məntəqələrinin fəaliyyəti zamanı daxilolmaların xərcləri tam qarşılamamasıdır". Dolayıblar bizi, əslində düz edirlər, onların vətəndaş qarşısında heç bir öhdəliyi, cavabdehliyi yoxdur". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli deyib.

İqtisadçı ekspertin sözlərinə görə, AYNA rəqəmləri "yumşaltmaq", az göstərmək, qəpik-quruşa çevirmək istəyib: "Amma ağlımızla, məntiqimizlə oynayırlar. Yüksək tarifli aylıq ödənişi saata çevirib 20 qəpik olduğunu deyirlər, daha niyə utanırlar ki, lap irəli gedib rəqəmlərlə rəqs etməkdə davam etsinlər. Desinlər ki, nə problem var, dəqiqəsi cəmi 0,33 qəpik edir, hətta saniyəyə çevirsələr daha da qabağa düşərlər. Hə, əsas səbəb kimi də deyiblər ki, yığdıqları xərclərini qarşılamır. Belə açıqlama olur?! Elə bil kimsə deyir ki, qonşumun yanından çiban çıxıb deyə, mənim maşınımın təkəri buraxıb! Ay müəllimlər, o zaman deyin görək sizin günlük-aylıq yığdığınız pul nə qədərdir, günlük-aylıq xərciniz nəmənədir?! Yəni, belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox!"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.186419