Saat:22:10
Haqqımızda

İqor Korotçenko Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaqdan niyə imtina etməsini açıqladı…

2021-07-27 18:15:00

İqor Korotçenko Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaqdan niyə imtina etməsini açıqladı…

Ermənistan iki ölkə arasındakı sərhədin demarkasiyası prosesinə mane olmaq və vaxt qazanmaq üçün Azərbaycanla sülh müqaviləsi imzalamaqdan imtina edir. Bu fikri hərbi ekspert və “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “NEWS.ru” saytına verdiyi müsahibədə söylədi.

Onun sözlərinə görə, Ermənistan hökuməti öncə sülh müqaviləsini imzalamaq lazım olduğunu bildirdisə də, indi taktikasını dəyişərək iki ölkənin sərhəd bölgələrində aktiv silahlı təxribata keçdi. Korotçenko vurğulayır ki, bu akt Azərbaycan Silahlı Qüvvələrini lokal qarşıdurmalara və sərhəd döyüşlərinə cəlb etmək məqsədi ilə törədilir. Bu yanaşma Ermənistanın özünü “qurban” kimi göstərməsinə və xarici tərəfdaşlardan, xüsusən də Rusiyadan və ya Fransadan kömək istəməsinə imkan verəcək.

Korotçenko əmindir ki, belə taktika "çıxılmaz və perspektivsizdir", çünki bu, bölgədəki münaqişənin həlli prosesinə lazımi təsir göstərməyəcək. O əlavə edib ki, Rusiya və Azərbaycanın sülh müqaviləsi ilə bağlı mövqeləri çox şeydə üst-üstə düşür. Hər iki ölkə gərginliyi azaltmaq və sərhədyanı ərazilərdə silahlı toqquşmaları azaltmaq üçün sərhədlərin delimitasiya və demarkasiya olunmasının vacibliyini bilirlər.

“Bu, 1970-80-ci illərdə buraxılmış Sovet topoqrafik xəritələrindən istifadə edərək sakit rejimdə edilməl0idir. Bunlar o zamankı Azərbaycan SSR və Ermənistan SSR arasında sərhəd xəttini kifayət qədər dəqiq müəyyənləşdirməyə imkan verir”, deyə İ.Korotçenko qeyd etdi.

Əvvəllər də Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə Ermənistan hökumətinə Qafqaz bölgəsində sülh və sabitliyin qarantı olacaq sülh müqaviləsi imzalamağı təklif etmişdi. Buna cavab olaraq, Ermənistan bəyan etmişdi ki, yalnız “Dağlıq Qarabağ”ın statusu tanınarsa sülh müqaviləsi imzalamağa hazırdır və daha sonra Azərbaycanı tam əsassız tarixi ərazi iddialarında ittiham etdi.

“Lenta.ru”

Hazırladı: Ülviyyə ŞÜKÜROVA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR