İqor Korotçenko: Ermənistanın Xarici Kəşfiyyat Xidməti - bizimlədir, yoxsa bizə qarşıdır? Bunu idarənin yeni rəhbəri göstərəcək...

2023-01-11 13:48:00

İqor Korotçenko:  Ermənistanın Xarici Kəşfiyyat Xidməti - bizimlədir, yoxsa bizə qarşıdır? Bunu idarənin yeni rəhbəri göstərəcək...

Rusiyalı hərbi ekspert İqor Korotçenko teleqram kanalında, “Ermənistanın yeni yaradılan Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsinə kim təyin olunacaq?" sualını şərh edib. Korotçenkonun fikrincə, Paşinyanın siyahısında bir nömrəli namizəd Argişti Kyaramyandır. Korotçenko ifadə edir ki, MKİ və MI6 üçün bu vəzifəyə Armen Qriqoryanın namizədliyi (Ermənistan Təhlükəsizlik Şurasının hazırkı katibi) daha çox tərcih olunur.
Rusiya üçün isə bu vəzifəyə uyğun namizəd hərbi ekspertin fikrincə 1 nömrəli qüllə-Suren Papikyandır. Llakin bunun üçün Papikyanın statusunun aşağı salınması və "qida bazasının" daralması gündəmə gələ bilər. Bu vəzifə üçün 2 nömrəli qüllə isə Artur Vanetsyan ola bilər (amma çətin ki, bu mümkün olsun). Korotçenki bildirir ki, məsələ Moskva üçün öz axarına və taleyin ixtiyarına buraxılmayacaq qədər çox ciddidir. Çünki nəticədə məsələnin çıxış nöqtəsi belədir: Ermənistanın Xarici Kəşfiyyat Xidməti - bizimlədir, yoxsa bizə qarşıdır?

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.177381