İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədrinin vəzifələri azaldıldı
2024-03-27 14:58:57

“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, fondun İdarə Heyətinin sədrinin vəzifələri azaldılıb.
Bundan sonra, sədr fondun istiqrazlarının buraxılması üçün emissiya prospektini təsdiq etməyəcək.
President.az
