İordaniya kralının kürəkəni yunan gəncdir, gəlini isə səudiyyəli olacaq
2023-03-14 15:59:00

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, İordaniya kralı II Abdulla ilə həyat yoldaşı kraliça Ranianın qızı şahzadə İman ilə nişanlısı Cəmil Aleksandr Termiotis Amman şəhərində evləniblər.
26 yaşlı gəlinlə 28 yaşlı gəncin toy mərasiminin bir hissəsi İordaniyada televiziya kanalları ilə canlı yayımlanıb. Cəmil Aleksandr əslən yunandır, Venesuelada dünyaya gəlib, Nyu-Yorkda çalışır.
Toy mərasimində nikahdan sonra Qurandan ayələr oxunub.
İordaniya kralı ilə xanımının 4 övladı var. Ailənin ən böyük övladı vəliəhd şahzadə Hüseyn 28 yaşındadır və iyunun 1-də səudiyyəli bir biznesmenin qızı ilə evlənəcək.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya