Saat:08:03
Haqqımızda

İordaniya Hollandiya səfirini Vildersin tvitinə görə hesab verməyə çağırıb

2024-07-19 10:29:32

İordaniya Hollandiya səfirini Vildersin tvitinə görə hesab verməyə çağırıb

Dünən gecə Hollandiyalı ifrat sağçı siyasətçi Vilders X sosial platformasında  yazıb ki, İordaniya “yeganə real” Fələstin dövlətidir. O, Knessetin Fələstin dövlətinin yaradılmasının əleyhinə olan təklifi qəbul etməsi xəbərinə münasibət bildirib.

İordaniya Xarici İşlər Nazirliyi Vildersin bəyanatlarına görə Hollandiya hökumətinə etiraz mesajı göndərəcəyini bildirib. Nazirlik sözçüsü deyib ki, “bu irqçi parlamentarinin qızışdırıcı bəyanatları beynəlxalq hüququ pozur və mübarizə aparılmalı olan irqi nifrət mədəniyyətini əks etdirir”.

“İstədiyiniz qədər etiraz edə bilərsiniz, amma tarixi həqiqət var: İordaniya Fələstindir”,deyə Vilders İordaniya Xarici İşlər Nazirliyinin qınamasına cavab olaraq yazıb.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.227075