Saat:16:00
Haqqımızda

İordan kralı Trampın istəyinə "yox" dedi

2025-02-12 12:35:24

İordan kralı Trampın istəyinə

Hurriyyet.az xəbər verir ki, İordaniya kralı II Abdulla Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşündə onun fələstinlilərin Qəzza zolağından köçürülməsi planını qəbul etmədiyini bildirib. Bu barədə NBC telekanalı məlumat yayıb.
Kral deyib: "İordaniyanın Qəzzada və İordan çayının Qərb Sahilində yaşayan fələstinlilərin köçürülməsinə qarşı olduğunu birmənalı şəkildə təsdiq etdim. Bu, bütün ərəb ölkələrinin vahid mövqeyidir".
İordaniya kralı X şəbəkəsində yazıb: "Qəzzanın fələstinliləri köçürmədən bərpa edilməsi və ağır humanitar vəziyyətin həlli hər kəs üçün prioritet olmalıdır. Problemin iki dövlətli həlli - ədalətli bir dünya yaratmaq, regional sabitliyi təmin etmək yoludur".
NBC telekanalının məlumatına görə, kral  Qəzzadakı ağır xəstəliyi olan 2 min fələstinli uşağı qəbul etməyə hazır olduğunu Trampa bildirib.
Bəlli olduğu kimi, Tramp Qəzzanı "söküləcək sahə" adlandıraraq, burada yaşayan əhalinin ərəb ölkələrinə, o cümlədən İordaniyaya və Misirə köçürülməsini təklif edib.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.211085