İnzibati Prosessual, yoxsa İnzibati Qeyri-Prosessual Məcəllə qüvvədədir?

2022-04-26 00:54:00

İnzibati Prosessual, yoxsa İnzibati Qeyri-Prosessual Məcəllə qüvvədədir?

Bakı İnzibati Məhkəməsinin qərəzi qeyri-prosessuallıqdan qaynaqlanır

2011-ci ildən  Bakıda iki inzibati – iqtisadi məhkəmə fəaliyyət göstərirdi. 3 ildir bu məhkəmələr ayrıca  “inzibati” və “kommersiya” sahəsində  məhkəmə kimi ixtisaslaşıb. Yəni Bakıda artıq bircə Bakı İnzibati Məhkəməsi inzibati mübahisələrə dair işlərə baxmağa səlahiyyət yiyəsidir. “Təkhakimiyyətlik”dən ziyan çəkənlər isə məhkəmə hakimlərinə etiraz edənlərdir.

Məhkəmədə ondan çox müstəqil hakimin olduğunu düşünənlər yanılırlar. Nədən müstəqillik kağız üzərindədir, heç bir müstəqillikdən söhbət gedə bilməz. Hakimə etiraz isə hüquq və azadlığa qadağa ilə sonuclanır. Lap etirazın qəbul edilsə də, yeni hakim açıq şəkildə “hakim həmkarlığı” sərgiləyir, işə əvvəlki hakimdən daha qərəzlə yanaşır. Tutaq ki, bu yeni hakimə də etirazın qəbul edildi və iş digər hakimə verildi, axı qərəzdən özgə heç nə qazanmaq olmur! İşin başqa məhkəmədə baxılması haqqında ərizəyə Bakıda bir məhkəmənin olması əsası ilə baxılmır . Heç hakimə etiraz ərizələri sədrə verilmir, onda qala işin başqa məhkəmədə baxılması ola. Birinci instansiya məhkəmələri yuxarı instansiya məhkəmələri ilə qeyri-prosessual münasibətə girərək qərarlarından verilən şikayətlərin oxunmadan qüvvədə saxlanılmasına nail olurlarsa, hansı hüquqdan,  hansı məhkəmə təminatından,  hansı məhkəmə müstəqilliyindən danışmaq olar?

“Giriş”dən  “təsviri -əsaslandırıcı” hissəyə keçək; düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı Qarabağ qazisi Xaliq Abbaszadənin pensiyasının yarısını da ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat Mərkəzi Suraxanı icra məmuru Vüsal Əliyevin məktubu (?) əsasında “yeyir”. 3 ildir Bakı İnzibati Məhkəməsi saxta icra məktubu (?) əsasında tutulan pensiyanın bərpası haqqında iddianı mümkün saymayıb  və hər üçündə ali instansiya aşağı instansiyaların qərardadlarını ləğv edib. Sonuncu dəfə iş yenidən qərardadı ləğv edilən Nəriman Abıyevə verilib və təbii ki, iddiaçı Qarabağ qazisi hakimə etiraz edib. Lakin N. Abıyev etiraza baxmadan iddianı təmin etməyib və “daxili inamı”  icra sənədinin olmaması saxtalığı bir yana, olsa belə, “İcra haqqında” qanunun 68.1.2 maddəsini -TƏLƏBİN VƏTƏNİ MÜDAFİƏ EDƏRKƏN ALINAN XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ  (PENSİYALARA, MÜAVİNƏTLƏRƏ, TƏQAÜDLƏRƏ) YÖNƏLDİLƏ BİLMƏZLİYİNİ tətbiq etməyə yol verməyib. Hakimin , bütövlükdə Bakı İnzibati Məhkəməsinin cavabdehin qeyri-prosessual basqısı altında Qarabağ qazisinə qərəzi göz qabağındadır. Bakı Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi olan, ƏVVƏLLƏR İŞİN BAXILMASINDA İŞTİRAK ETMİŞ Aida Hüseynin də içində olduğu heyət də hakimlər heyətinə etiraza baxmadan 03.08.2021 tarixli qərarla aşağı instansiyanın qərəzini qüvvədə saxlayıb. 9 – cu aydır Bakı Apellyasiya Məhkəməsi qərarını verməkdən imtina edir və bu səbəbdən Qarabağ qazisi kassasiya  hüququndan da məhrum edilib. Bu sətirlərin yazarı da içində olmaqla ona yaxın Qarabağ qazisinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 29-cu maddəsinə əsasən maraqlarına toxunan şəxslər kimi 3-cü şəxs qismində işə cəlb edilmə haqqında vəsatətlərinə isə bir ilə yaxındır nə birinci instansiya məhkəməsi (Nəriman Abıyev) baxır, nə də apellyasiya instansiyası. Yəni məhkəmə hakimiyyətinin Qarabağ qazilərinə qərəzi elə açıq -aşkardır ki, əsaslandırılmasına ehtiyac belə qalmır. Di gəl, Bakı İnzibati Məhkəməsində İnzibati Prosessual Məcəllə yox, inzibati qeyri-prosessual məcəllə hökmranlıq edir. Təsəvvür edin, təcili müalicəsinin təşkil edilməsi tələbi ilə məhkəməyə müraciət edən Qarabağ qazisinin iddiası üzrə mümkünlük iclasını qərəz hakimi Nəriman Abıyev 70 gün sonraya təyin edib və 5 aydır hələ də bu “təyinatlar” gizlin şəkildə hər ay sürür. Belə süründürməçiliklə müalicə,  sağlamlığın qorunması hüququ təmin oluna bilər? 5 aydır yataqda ağır xəstə yatan qazinin hakimə etirazına, müvəqqəti xarakterli müdafiə tədbiri haqqında , vəkillə təminatı haqqında  ərizələrinə, İPM-in 54-cü maddəsinə əsasən iddia tələbinə əlavəsinə belə baxılmır. Yalnız 4 aydan sonra Ombudsman Aparatı (?) hakimə etirazın baxılmamış saxlanıldığını bildirib . Təbii ki, qanunvericilik etiraz barədə qərardaddan şikayəti qadağan edir, amma bu o demək deyildir ki, qərardad etiraz edənə verilməsin. Belə bəlli olur ki, heç bir qərardad qəbul edilməyib, sadəcə hər çağ olduğu kimi, Ombudsmanın “müdafiəçiliyindən” növbəti saxtalıqla yayınılıb. Bəs müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizəyə baxılmamasına necə haqq qazandırılır ? Belə ərizəyə ki, mütləq qərardad qəbul edilməklə cavab verilməlidir və qərardaddan şikayət vermək hüququ da prosessual qanunvericiliyin tələbidir? ! Digər hakimlərə gəldikdə isə Fərid Mədətli 2 ildir “Azəriqaz”a vəkillik edir, Orxan Həsənov 5 aydır BŞİH-in “sərbəst toplaşmaq azadlığının” qadağası altındadır, Şərafət Məmmədova və onu əvəz edən   Aygün Abdullayeva 6 ildir dövlətin adından çıxardığı qərarın icrasından imtina edir, Elvin Əliyev DİN-in saxta nümayəndəsi və vəkili Əlirza Həbilovun qeyri-prosessual təzyiqi ilə Şəki “dövləti” adından gizlin qərardad çıxarır, Rüstəm Kərimli Sabunçu məhkəməsindən ləğv edilmiş işinə cavabdeh Nərimanov bələdiyyəsinin vəkili qismində  “ezam olunur” , Prezidentin fərmanını saxtalaşdırıb ƏƏSMN -in səlahiyyətli nümayəndəsi rolunda çıxış edir! (?)

“Nəticə” hissəsi ilə yekunlaşdıraq : Bakı İnzibati Məhkəməsinin qərəzi, süründürməçiliyi şübhə doğurmadığından işin başqa məhkəməyə (Bakıya ən yaxın inzibati məhkəmə Sumqayıt İnzibati Məhkəməsidir) verilməsi niyə gerçəkləşməsin?     

Məğrur BƏDƏLSOY

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya