Lent.az “MOUZE“ teleqram kanalına istinadən xəbər verir ki, bu barədə “Təcrübə” nəşrinin baş redaktoru Pejman Musəvi “X”(twitter) hesabında yazıb.
“Rza Siqətini xatırlayırsınız? Sizcə ona nə olub? O, cəzalandırıldı? Barəsində tədbir görüldü? Bunların hamısını unudun! O, nəinki vəzifəsindən azad edilməyib, əksinə mədəniyyət və islami irşad nazirinin şəxsi dəstəyi ilə Tehrana gətirilib və hazırda İranın Mədəniyyət və İslami İrşad Nazirliyində əyalət işləri üzrə koordinasiya idarəsində işləyir”, - deyə paylaşımda deyilir. //Lent.az//
