İntihar edən hakimin yerinə yeni hakim ezam olundu - FOTO

2023-09-12 19:58:39

İntihar edən hakimin yerinə yeni hakim ezam olundu - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub.

Hurriyyet.Az bildirir ki, bu barədə e-huquq.Az-a məhkəmənin spiker hakimi Telman Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyeva məhkəməyə ezam edilib.

T.Hüseynov deyib ki, buna səbəb Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərin iş yükünün çox olmasıdır.

O qeyd edib ki, bir müddət öncə 3 hakimin təqaüdə çıxması və hakim Rahib Salmanovun vəfatından sonra məhkəmədə hakimlərin sayı azalıb və bu da iş yükünün artmasına səbəb olub. İş yükünü tənzimləmək məqsədilə məhkəməyə yeni hakim ezam olunub.

T.Hüseynovun sözlərinə görə, məhkəmənin mərhum hakimi Rahib Salmanovun icraatındakı işlər Aytən Əliyevanın icraatına verilib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov intihar edib. Məhkəmənin 3 hakimi İradə Həsənzadə, Məhəmməd Əkbərov və İlham Mahmudov isə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.123203