İnterpolun yeni rəisi Rəisi oldu

2021-11-25 15:04:00

İnterpolun yeni rəisi Rəisi oldu

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, “İnterpol” beynəlxalq polis təşkilatının yeni rəhbərinin kimliyi bəlli olub.

Daimi iqamətgahı Fransanın Lion şəhərində yerləşən “İnterpol” təşkilatının yeni prezidenti vəzifəsinə Birləşmiş Ərəb Əmirliklərindən olan general Əhməd Nasir ər Rəisi seçilib.

Təşkilatın “Tvitter” səhifəsindəki açıqlamada deyilir: “Birləşmiş Ərəb Əmirliklərindən olan cənab Əhməd Nasir ər Rəisi (dördillik müddətə) prezident seçilib”.

 

Hürr Tərcüman